5 Fevral 2020 23:53
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Sabiha Gökçen Hava limanında eniş zolağından çıxaraq bir neçə hissəyə parçalanan sərnişin təyyarəsinin sərnişinləri arasında Azərbaycan vətəndaşı da olub.

Teleqraf.com xəbər verir ki, bu barədə NTV xəbər yayıb.

Bildirlib ki, təyyarədə ümumilikdə 171 sərnişin var imiş. Onlardan çoxu Türkiyə vətəndaşıdır.

Sərnişinlər arasında həmçinin dörd ABŞ, bir Azərbaycan, bir Türkmənistan və bir Qazaxıstan vətəndaşı olub.

Qeyd edək ki, bu gün İzmir-İstanbul reysini həyata keçirən “Pegasus” şirkətinə aid sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən eniş zolağından çıxaraq parçalara ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər