6 Fevral 2020 11:36
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində olan qəbristanlıqlardan birindən oğuqluq edilməsi barədə rayon polis şöbəsinə müraqciət daxil olub.

Rayon sakini S.Vladimiroviç polisə yazdığı ərizədə qeyd edib ki, onun anasına aid qəbrinin yanında olan dəmir hasarlar oğurlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, Adil Rzayev müəyyən olunub. O, həbs edilib.

Məlum olub ki, Adil Rzayev əvvəllərdə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov