11 Fevral 2020 17:08
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, yanvarın 13-də bir nəfər Göygöl rayon sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 750 manat nağd pulun və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məsələ ilə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalarla onun zərərçəkənin qonşusu, rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş H.Fərəcov olduğu müəyyən edilib.

Dindirilmə zamanı o, törətdiyi cinayət hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov