Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində Bakı şəhər sakini T.Məmmədova məxsus mağazadan 1500 manat dəyərində 15 ədəd çanta oğurlanıb.
Zərərşəkmiş baş verən hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət edib.
Qaradağ rayon Polis İdarəsinin 10-cü polis bölməsi, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Dilavər Səmədov və 1976-cı il təvəllüdlü Akif Süleymanov müəyyən olunub.
Hər iki şəxs həbs edilib.
Həbs olunanlardan biri Dilavər Səmədovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.