14 Fevral 2020 17:00
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda 23 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Göyçay rayonu Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Göyçay rayon polis şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Bundan başqa, Göyçay şəhər sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: "Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göyçay rayon polis şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".


Müəllif: Hacı Zeynalov