14 Aprel 2014 21:00
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Fransanın sabiq xarici işlər naziri Über Vedrin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa münasibətləri və bu münasibətlərin gələcək inkişafı müzakirə olunub.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi haqda məlumat verən E.Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə, eyni zamanda regionun inkişafına mənfi təsir göstərdiyini bildirib. Nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını və mövcud olan geniş fürsətlərdən yararlana bilmədiyini vurğulayıb.

Eyni zamanda görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər