18 Fevral 2020 12:20
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov