25 Sentyabr 2014 17:19
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Mirzəzadə: “Ermənistan lideri növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışdı”

“Ermənistan prezidenti Serj Sarkisyan dünən BMT Baş Məclisinin 69-cu sessiyasında çıxış edib. Ancaq başqa dövlətlərin nümayəndələri kimi beynəlxalq təhlükəsizlik tədbirlərindən, qonşu dövlətlərlə mehriban münasibətlərdən, ümümplanet problemlərindən danışmaq əvəzinə Ermənistan prezidenti mötəbər auditoriyanı aladatmaq yolunu seçdi”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə qeyd edib ki, S.Sarkisyan yenə də uydurma erməni soyqırımını müzakirə mövzusuna çevirməyə və Türkiyəni əsassız yerə ittiham etməyə başlayıb:

“Hansı ki, Türkiyənin arxivləri açmaq təklifinə rəsmi Yerevan rədd cavabı verdi və Birinci dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlı türk kəndlərinin yüz minlərlə dinc əhalisini qətlə yetirməsi isə tarixin inkar edilməyən səhifələrindəndir. Həmçinin Sarkisyan Osmanlı imperiyasının 1912-1915-ci ildə maliyyə nazirinin və xaricdəki səfirlərinin 24-nün erməni millətindən olmasını yada salmaq istəmir”.

Deputat qeyd edib ki, Türkiyəni ittiham edən Ermənistan dövlət başçısı Baş Məclisə rəsmi Ankaranın Ermənistanla sərhədi açmaq istəməməyindən şikayət edir:

“Çıxışındakı əvvəlki tezisi unudaraq Türkiyəni onu sevməyə dəvət etməsi siyasi riyakarlığın ən bariz nümunəsi hesab edilə bilər. Sarkisyan ənənəvi olaraq Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Ancaq o müdafiə naziri olaraq Azərbaycan torpaqlarının 20 faizinin işğal etməklərindən, Xocalı faciəsini törətməklərindən, 1,2 milyon Azərbaycan vətəndaşını öz torpaqlarında qaçqına çevirməklərindən susdu. Həmçinin öz doğma kəndlərinə gedən iki Kəlbəcər sakinini tutaraq işgəncə verməklərindən, onlar üzərində məzhəkəyə oxşayan məhkəmə qurmaq istəməklərindən söz açmadı. O çıxışında xeyli BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğalın həsr olunmuş dord qətnaməsindən söz açdı. Daha doğrusu məsələni təhrif etməyə çalışdı. Sarkisyan Azərbaycanı Dağlıq Qarabaş ilə birbaşa əlaqələr qurmamaqda ittiham etdi. Ancaq Ermənistan qoşunlarının Azərbaycanda nə etdiyinin və özünün vaxtaşırı dəvət olmadan icazəsiz Azərbaycan torpaqlarına gəlməsinin səbəbləri üzərindən sükutla keçdi. Beləliklə, Ermənistan lideri növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışdı. Hesab etdi ki, bununla da erməni xalqının gündəlik qayğılı suallarından yayına biləcək. Ermənistan əhalisinin onun siyasətini bəyənməyərək hər il yüz min nəfərin ölkəni tərk etməsinin, yoxsulluq səviyyəsinin əhalinin 30 faizində dayanmasının, korrupsiya və sabaha inamsızlığın isə artıq ona dəxli yoxdur və BMT Baş Məclisində bu barədə danışmamaq da olar”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər