Daxili İşlər Nazirliyi Lerik və Gədəbəydə baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 22-də saat 8 radələrində Lerik rayonunun Orand kəndi ərazisində kənd sakini M.Rəhimov idarə etdiyi “UAZ” markalı avtomobili yolun kənarındakı maneəyə vuraraq dərəyə aşırıb.
Nəticədə sürücü və sərnişinləri xəstəxanaya yerləşdiriliblər.
Sərnişinlərdən Xəqani Rəhimov və 1 yaşlı oğlu Hüseyn orada ölüb.
Bundan başqa, fevralın 22-də saat 17 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində kənd sakini Taleh Rəsulovun idarə etdiyi “VAZ-21015” və Arıqdam kənd sakini A.Qarayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Rəsulov orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.