24 Fevral 2020 14:43
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi bazar günü paytaxtda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 23-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa, fevralın 23-də saat 13 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Mahmudlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şərqiyə Əliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini F.Fətullazadə idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Tahir Məmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 23-də saat 7 radələrində orada ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər