Tehranda etirazlar zamanı saxlanılan güney azərbaycanlı tələbə, milli fəal Məleykə Qaragözlü (Dəniz) həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika üzrə təhsil alan tələbənin 6 ay azadlıqdan məhrum edildiyi bildirilir.
Məleykə Qaragözlü 2019-cu il noyabrın 18-də Tehranda bahalaşmağa qarşı keçirilən kütləvi aksiyalar zamanı İran polisi tərəfindən saxlanılıb.
Evin həbsxanasında saxlanılan xanım fəal təhdid və təzyiqlərə məruz qalıb.