Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Sığırlı kəndi ərazisində Bakı şəhər sakini S.Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişinlərdən ikisi ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.