Bakıda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski zaman-zaman Azərbaycanla bağlı mənfi fikirlər söyləməsinin, indi isə müsbət tonda danışmasının səbəblərinə aydınlıq gətirib.
Teleqraf.com-un məlumatına görə, RLDP lideri jurnalistlərə açıqlamasında deyib: “Bu, yanlışlıq anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan bütün xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbasa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılmazlıq olur”.
Qeyd edək ki, RLDP sədri Bakı şəhərindəki milli qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbdə olub və 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib.
Səxavət