“Müsavatda ötən qurultaydan sonra ən çox şikayət ərizələri gənclər tərəfindən daxil olunub”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Əlövsət Talışxanlı deyib.
MTK sədri ötən qurultaydan bu günə qədər görülən işlərdən danışıb. Bəzi rayon təşkilatlarında nöqsanların olduğunu bildirib.
İsa Qəmbər isə MNTK-ya irad tutub: “MNTK-nın fəaliyyəti istənilən səviyyədə olmayıb. Bundan əvvəlki qurultaya qədər müəyyən işlər görülüb. Lakin son illər demək olar ki, heç bir iş görməyib. Buna görə də, qurultay nümayəndələrindən xahiş edirəm ki, seçimdə xüsusilə MNTK-nın heyətinə diqqət yetirin. Öz vaxtını burda sərf etmək istəməyənlər bu qurumda olmamalıdır. Elələri var ki, adı burdadır, özündən xəbərimiz belə yoxdur”.
Daha sonra MNTK-nın heyətinə namizəd olanların siyahısı açıqlanıb.
Qeyd edək ki, MNTK-nın heyəti 30 nəfərdir. Lakin Aqil Həsənov MNTK namizədliyini geri götürdüyü üçün bu say 29-a enib. Asif
******
İsa Qəmbər 2018-ci il prezident seçkilərinə namizəd olub.
Müsavat Partiyasının VIII qurultayında özəl qətnamə səsə qoyulub və yekdilliklə qəbul olunub.
Publika.az xəbər verir ki, qəbul olunan qətnaməyə görə, 2018-ci ilin oktyabrında keçiriləcək prezident seçkisində Müsavatın namizədi bu gün səlahiyyəti başa çatan beşinci başqan İsa Qəmbər olacaq.
İsa Qəmbər qurultaya təşəkkür edərək bu missiyanı öz üzərinə götürməkdən qürur duyduğunu deyib.
O, qurultay nümayəndələrinin ən düzgün seçim edəcəyinə inandığını deyib.
******************************
Publika.az xəbər verir ki, Müsavatın VIII qurultayı maraqlı anlarla yadda qalır.
Əvvəlcə İsa Qəmbər çıxış edərək Müsavatın tarixindən, həmçinin özünün başqan olduğu 22 ildən danışıb.
Qurultay nümayəndələri İsa Qəmbəri gurultulu alqışlarla qarşılayıb. Bu vaxt Müsavat Divanının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu yerindən atmaca ataraq, “Gəlin İsa bəyi yenidən başqan seçək, daha 8 saat burda gözləmək” deyib. Onun bu sözləri dəstəksiz qalmayıb.
Qurultayda diqqətçəkən məqamlardan biri də başqanlığa namizəd olan Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy və Tural Abbaslının eyni yerdə əyləşməsidir. Qurultayın birinci hissəsi sona çatıb. İkinci hissədə yeni başqan seçiləcək.
****
“90-cı illərdə Müsavatın ağsaqqalları başqanlığı mənə təklif etdilər, mən də qəbul etdim. Artıq 22 ildir bu vəzifədəyəm. Bu illər ərzində bizə tutulan əsas irad hakimiyyətə gələ bilməməyimizdir. Düzdür, biz bunu bacarmadıq. Amma bizdən başqa digər qüvvələr də bunu bacarmadı. Çünki şərtlər buna imkan verməyib”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı İsa Qəmbər partiyanın VIII qurultayında başqan kimi son çıxışı zamanı deyib.
Daha sonra İ. Qəmbər 1993-2003-cü il hadisələrini xatırlayaraq bir qədər kövrəlib: “Biz heç vaxt separat danışıqlar aparmamışıq, bundan sonra da aparmayacağıq”.
İ. Qəmbər başqanlıqdan getməyini demokratik nümunə adlandırıb. Bildirib ki, hər kəs Müsavatdan nümunə götürməlidir.
Qeyd edək ki, Müsavat qurultayı davam edir. Başqanlığa və digər strukturlara seçkilər günün ikinci yarısı keçiriləcək.
******
Publika.az xəbər verir ki, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilən qurultayda 440-dan artıq iştirakçı var.
Müsavat başqanı İsa Qəmbər qurultayda çıxışı zamanı partiyanın tarixinə, siyasi fəaliyyətinə toxunub.
İ. Qəmbər bildirib ki, başqa partiyalara xüsusi dəvət göndərilməyib: “Biz düşündük ki, dostlarımız öz istəkləri ilə bizim qurultaya qatılacaq”. Qeyd edək ki, qurultayda AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli iştirak etmir. Daha sonra seçki komissiyasının siyahısı səsə qoyulub.
İ. Qəmbər bildirib ki, başqanlığa namizədlərin təklifi ilə komissiya 15 nəfərdən təşkil olunub. “Komissiyada seçki təcrübəsi olan Gülağa Aslanlı və Mirbaba Babayev var. Onlar Məclis üzvlüyünə namizədliyini geri götürərək komissiyada təmsil olunmağı seçiblər”, - deyə İ. Qəmbər bildirib. Daha sonra qurultayda gərginlik yaranıb. Buna səbəbsə bəzi qurultay nümayəndələrinin şəxsiyyət vəsiqəsinin olmamasıdır.
Gülağa Aslanlı tribunaya çıxaraq bildirib ki, sənədi olmayanların sayı 6 nəfərdir. “Mən onları şəxsən tanıyıram, təklif edirəm ki, onlara mandat verək”. İ. Qəmbər də bununla razılaşıb. Bildirib ki, biz bir-birimizə etimad göstərməliyik.