Salyan rayonunda silahlı insident olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döyüb və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.
Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb.
Hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi ondan götürülüb.