Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun üzvü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.