29 Sentyabr 2014 17:24
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT Baş Assambleyasının 69-cu sessiyasında bu dəfə də Ermənistan bir daha qeyri-konstruktiv mövqeyini ortaya qoydu. Sessiyada Sərkisyan tərəfindən beynəlxalq hüququn prinsiplərinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən bir sıra məqamlar qeyd olundu ki, ölkəmiz bu çıxışlara tutarlı cavablar verdi”. Teleqraf.com-un məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməyə əsasən ermənilərin işğal etdikləri ərazilərdən qoşunları qeyri-şərtsiz çıxarmalıdır. Onun sözlərinə görə, buna baxmayaraq Sərkisyan məqsədyönlü şəkildə bu kimi məqamlara diqqət yetirmir, əksinə 5-ci və 10-cu məqamları gündəliyə gətirərək qətnamələrin mahiyyətinin aşağı salınması kimi cəhdlərə yol verir: “Təbii ki, buna heç kimin hüququ yoxdur. Ümumilikdə götürsək gündəlikdə duran məsələlərin inkişafı baxımından Azərbaycan tərəfindən yeni fikirlər səsləndirildi”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər