15 Aprel 2020 11:00
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Balakən rayon polis şöbəsinə Katex kəndində evlərin birindən 1200 manat dəyərində televizor və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin Balakən rayonunun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər