Masallı rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Şıxlar kəndində 2011-ci il təvəllüdlü Əhəd Səmədov yaxınlıqdakı qəbiristanlıqda oynayarkən qəbir daşlarından biri uşağın üzərinə aşıb.
Hadisə nəticəsində uşaq daşın altında qalaraq ölüb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.