Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, rayonun Maşlıq kəndinin ərazisində Mahir Nəzərov özünə məxsus “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sərnişinlər Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.
Tural Kərimov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.