Milli Məclisin üzvü Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsində rəqibi olmuş İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat Partiyasının başqanlıq seçkisinə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, A.Əliyev Müsavatın sentyabrın 27-də keçirilən qurultayına digər partiyalardan qonaqlar dəvət olunmadığına toxunub və bildirib ki, yaxşı ki, Müsavatın seçkilərində başqa partiyanın üzvləri iştirak etməyiblər, yoxsa seçki saxtakarlığını boyunlarından atacaqdılar:
“Vurğun Əyyub yeni başqan Arif Hacılını təbrik etməyəcəyini deyib və bildirib ki, legitimliyi şübhə altında olan başqanı heç vaxt təbrik etməyəcək. O, Məclis üzvlüyündəki fəaliyyətini davam etdirib-etdirməyəcəyi haqda qərar vermədiyini söyləyib. V.Əyyub nəticələrin ləğv edilməsi və təkrar seçki keçirilməsi barədə hələ ki düşünməsə də, bu istiqamətdə faktların getdikcə toplandığını qeyd edib”.
Kəmalə