Bakının Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzində oğurluq olub.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs martın 8-də ticarət mərkəzindəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, 1981-ci il təvəllüdlü T.Talıbzadə aprelin 29-da saxlanılıb.
T.Talıbzadənin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunduğu da məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.