Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Kazımağa Kərimov küçəsində 1960-cı il təvəllüdlü Fazil İsayev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
O, xəstəxaaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Bundan başqa, Xətai rayonu, Əhmədli qəsəbəsində 1981-ci il təvəllüdlü Əhməd Soltanov naməlum şəraitdə bıçaqlanıb. O, sol bud və bədən nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hər iki faktla bağlı araşdırma aparılır.