Bu gün günün ikinci yarısında Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsi ərazisində “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.
Teleqraf.com xəbər verir ki, adı hələ məlum olmayan Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı hadisə yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.