Qazax rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Qazax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 1200 manat oğurlamaqda şübhəli bilinən Kəmərli kənd sakini, əvvəllər məhkum olunmuş M.Abdulkərimov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.