22 May 2020 20:31
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 21-də saat 12 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib, F.Əsədov orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com