4 İyun 2020 14:57
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da A.Piriyevin çantasından 50 manat pul və 630 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini U.Qurbanov saxlanılıb.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən ümumilikdə 150 manat pul, qol saatı və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov tutulub.

Oğurluq etdiyinə görə tutulmuş R.Muradovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsində araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən 500 manat, 2 ədəd velosiped və məişət əşyaları, habelə 1 yardımçı təsərrüfatdan 4 baş qoyun oğurlaması müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov