Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayonu ərazisindəki evlərin birindən 1710 manat pul və 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə məlumat verilib.
Araşdırmalar zamanı məlum olub ki, oğurluğu Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Qabilov törədib. Onun Beyləqan rayonunda olduğu müəyyən edilib.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi və Beyləqan rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətçəkdə şübhəli bilinən R.Qabilov Beyləqan rayonunda saxlanılıb.