Astara rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, rayonun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.
C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.