6 Oktyabr 2014 22:57
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində həmkarı Vladimir Makey ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a daxil olan xəbərə görə, görüşdə iki ölkə arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Hər iki ölkənin əksər beynəlxalq məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşdüyü vurğulanaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası təmasların xüsusi rola malik olduğu qeyd edilərək, parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və onun gündəliyində duran məsələlər, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı sərmayələr və uzunmüddətli iqtisadi layihələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yüksək texnologiyalar, sənayenin müxtəlif sahələri, kənd-təsərrüfatı və mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malik olduğu qeyd edilib.

Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey tərəfindən birgə mətbuat konfransı keçirilmişdir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər