1 İyul 2020 09:10
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Bülbülə qəsəbəsində paytaxt sakini, 1990-cı il təvəllüdlü Pərvin Sadıqov idarə etdiyi “Chevrolet” markalı avtomobillə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Emin Əbilovu vurub.

Emin Əbilov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov