1 İyul 2020 11:56
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Ruslan Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Müəllif: Hacı Zeynalov