"Bəzi sayt və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) şöbə müdirinin müavini Asif İmanlıya məxsus fərdi yaşayış evinin guya yandırılması ilə bağlı əsassız xəbərlər dərc edilib".
Teleqraf.com xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Lənkəran ŞİH-dən məlumat verilib.
Məlumatda bildirilib ki, hadisə iyulun 2-də rayonun Xanbulan kəndi ərazisində baş verib:
"Rayonun Xanbulan kənd sakini, İcra hakimiyyətinin şöbə müdirinin müavini Asif İmanlıya məxsus ümumi sahəsi 192 kvadratmetr olan fərdi yaşayış evinin 50 kvadratmetr hissəsi yanıb".
İcra hakimiyyətindən bu həssas dönəmdə belə bir informasiya yaymağın jurnalistika etikasına zidd olduğu vurğulanıb: "Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının müvafiq şöbəsi ölkədə fəaliyyət göstərən bütün media qurumları və müxbirlərə hər hansı hadisə ilə bağlı sorğu və ya bir başa telefon əlaqəsi yaratmaqla məlumat verir. Odur ki, hər hansı hadisə ilə bağlı məlumat dərc edərkən İcra hakimiyyəti ilə əlaqə saxlmağı tövsiyə edirik".
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Nəzarəti İdarəsində verilən məlumata əsasən yanğın elektrik avadanlıqlarının istismar qaydalarının pozulması səbəbindən baş verib.