5 İyul 2020 12:05
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyunun 28-də rayon ərazisindəki mağazaların birindən içərisində 1530 manat və 200 ABŞ dolları, habelə sənəd olan pul kisəsi oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini K.Alcanov saxlanılıb.

K.Alcanovun əvvəllərdə məhkum oluduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər