5 İyul 2020 22:42
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli fəal, Xoy sakini Əli Qədimxani koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Qədimxani xəstəliklə bir neçə gün mübarizə apardıqdan sonra iyulun 4-də həyatını itirib.

Milli fəal 2006-cı ilin may ayında Güney Azərbaycanın bütün şəhərlərində fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyaları zamanı Xoy şəhərində həbs edilmişdi.

Qədimxanı Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə işdən qovulmaqla hədələnmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər