6 İyul 2020 11:16
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücülər saxlanılaraq sənədləri yoxlanılıb. Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib.

Reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq şəxsi nəqliyyat vasitələri ilə istirahətə gələn sürücülər müxtəlif bəhanələr gətirərək cərimələrdən yaxa qurtarmağa çalışsalar da bunu bacara bilməyiblər. Karantin rejimi qaydalarını pozan 12 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Həmçinin tibbi maskalardan və şəffaf arakəsmədən istifadə etməyərək taksi fəaliyyəti ilə məşğul olan sürücülər də cərimələnib.

Belə reydlər növbəti günlərdə də davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov