Azərbaycanda bir nəfər intim görüntüləri ilə şantaj olunub.
Teleqraf.com xəbər verir ki, Tərtər rayon polis şöbəsinə müraciət edən rayon sakini iki nəfər tərəfindən şantaj olunduğunu qeyd edib.
O bildirib ki, cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə həmyerlisi H.Əsədova və Goranboy rayon sakini K.Bayramov onu sosial şəbəkədə rüsvay edəcəkləri ilə hədə-qorxu gəlib, 500 manatını alıblar.
Faktla əlaqədar Tərtər rayon polis şöbəsində Cinayət Məcəlləsininin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.