6 İyul 2020 22:07
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisində Göyçay rayon sakini İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca vurub və idarəetməni itirdiyindən moped yolu keçən Abşeron rayon sakini E.Əsəgərova dəyib. Nəticədə sürücü hadisə yerində ölüb, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com