7 İyul 2020 15:23
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Qalağayın kəndi ərazisində şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “Toyota” və İmişli rayon sakini R.Xudiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə N.Məmmədova və sərnişini Azər Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov