Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb. Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov 2 baş heyvanı kəsərək satdığını bildirib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.