13 İyul 2020 22:59
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şəmkir rayonunun Yuxarı Seyfəli və Abbaslı kəndlərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi texnikaları yağış sularının dolduğu ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər