16 İyul 2020 09:32
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 15.07.2020-ci il saat 00:00-dan 16.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 489 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 66 nəfər olmaqla ümumilikdə 555 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildiirlib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 45-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 250-i rayon, 130-u paytaxt istiqamətinə olmaqla 380 avtomobil geri qaytarılıb, ümumilikdə 530 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər