Bakının Xəzər rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayonun Binə qəsəbəsindəki "Rahat" marketdən 450 manat dəyərində iki ədəd viski oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Mövsüm Aslanov və 22 yaşlı Kənan Zahirbəyov saxlanılıb.