Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Həsən bəy Zərdabi küçəsində yerləşən avtoyuma məntəqəsində naməlum şəxs “Toyota” markalı avtomobildən 3 min manat pul oğurlayıb.
Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1983-cü il təvəllüdlü Ramin İmanov müəyyən olunub.
O, həbs edilib. Faktla bağlı cinayət işi başlanıb.