Şəkidə dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Şəki şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində F.Babayevə qarşı dələduzluq etməkdə şübhəli bilinən İbrahimkənd kənd sakini E.Mustafazadə saxlanılıb.
Araşdırmalarla onun iyul ayının 19-dan 22-dək olan müddətdə daha 8 nəfəri aldadaraq ümumilikdə 19.332 manat pullarını alması da müəyyən edilib.