10 Oktyabr 2014 21:26
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Qars vilayəti üzrə şöbəsinin yeni seçilmiş rəhbəri Ali Şakir Yurdakoş ilə görüşüb.

Teleqraf,com-un məlumatına görə, AKP-nin yerli qərargahında keçirilən görüşdə baş konsul Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin dünyada sürətlə artan nüfuzu barədə məlumat verib. A.Yurdakoş AKP-nin vilayət üzrə şöbəsi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində əlaqələr müzakirə olunub, dünyadakı, o cümlədən Türkiyədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyət haqqında fikir mübadiləsi aparılıb. A.Yurdakoş Azərbaycana səfər etməyi, xüsusilə Bakıda və Naxçıvanda olmağı arzuladığını bildirib.
Söhbət zamanı, həmçinin Qars şəhərində inşa edilən Heydər Əliyev adına sənaye-peşə təmayüllü liseyin fəaliyyətindən, Bakı–Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışılıb.

A.Yurdakoşa türk dilində nəşr olunmuş, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük insanların həyatı” adlı kitablar, Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı jurnallar hədiyyə edilib. Görüşdə baş konsulluğun konsulu Ramin Yusubov və AKP-nin üzvləri də iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər