15 Avqust 2020 18:41
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Əmircan qəsəbə sakini Ə.Kərimov avqustun 12-də evinin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Suraxanı qəsəbəsi ərazisində maqnitofonu oğurlanmış vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və Z.Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.


Müəllif: Hacı Zeynalov