15 Avqust 2020 12:59
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər