Ağsu rayonunun dağ kəndi olan Nüydü bələdiyyəsinin ərazisində yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, bu gün saat 17-18 radələrində baş verən yanğın yerinə Ağsu və İsmayıllı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən 1 yanğınsöndürən maşın və 7 nəfər canlı qüvvə cəlb olunub.
Güclü leysan yağışı yanğının daha geniş ərazilərə yayılmamasında yanğınsöndürənlərin işini asanlaşdırıb.
2 hektar quru kol-kos sahəsi yanıb. Hazırda yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.