23 Avqust 2020 11:44
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmış şəxslər cərimə olunublar.

Teleqraf.com xəbər verir ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq təşkil etdiyi toy mərazisimində iştirak etdiklərinə görə cərimələniblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi tətbiq olunub, hər biri 400 manat məbləğdə cərimə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, sabiq deputat İlham Əliyev AMEA Prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

İlham Əliyev və onun qudası Rövşən Mustafayev ötən gün Abşeron rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə həbs olunublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər